IT Konsaltinq

İnformasiya texnologiyalarının tətbiqi effektivliyinə müstəqil ekspert  qiymətinin verilməsi həmçinin biznes proseslərə dəstəyin verilməsi ilə bağlı layihə əsaslı fəaliyyət növüdür.  Məlumdur ki, biznes proseslərin  avtomatlaşdırılması müəssisənin gəlirini artırır.  Beləki, informasiya texnologiyaları biznesi daha aşkar, idarəolunan və  öncədən proqnozlaşdırılan edir.   Lakin hər bir konkret halda məhz hansı texnologiyalar tətbiq edilməlidir? Bu sualın  cavabı həm texniki həm də maddi nöqteyi nəzərdən əsaslandırılmalıdır. Məhz bu səbəbdən AzTexno.com IT  konsaltinq üzrə xidmətlər təklif edir. Sorğunuza əsasən ekspertlərimiz : texniki cəhətdən  qiymətləndirilmə təşkil  edəcək,  texnologiyaların tətbiqi ilə bağlı xüsusi suallara dair konsultasiya edəcək, əməkdaşlarınızla bilik və  təcrübəsini bölüşəcək, proqram təminatı və instrumentari məsələləri ilə bağlı metodologiyanın hazırlanmasına dair  konsultasiya  təşkil edəcək.