1. İstifadəçilərinin sayının 50 milyona çatmasına radio üçün 38 il, televiziya üçün 13 il, internet üçün isə 4 il vaxt kifayət edib.

2. Dünyada təxminən 1,8 milyard insan internetdən istifadə edir.

3. Dünyada ilk kompyuter "Z1" adlandırılıb.

4. Hər 10 asiyalıdan biri internetdən istifadə edir.

5. İlk kompyuter "siçan"ı 1964-cü ildə Douq Engelbart tərəfindən icad edilib.

6. Milli.Az deyerler.org-a istinadən bildirir ki, "Google" axtarış sistemi 4 sentyabr 1998-ci ildə yaradılıb.

7. 21 yaşlı gənclər orta hesabla ömürlərinin 5 000 saatını kompyuter oyunları oynamağa sərf edir.

8. İnternet yaranandan bəri qeydiyyatdan keçən ilk domen ünvanı "symbolics.com" olub.

9. Şimali Amerika materikində hər 100 nəfərdən 70-i internet istifadəçisidir.

10. Afrikada isə hər 100 nəfərdən yalnız 3-ü internetdən istifadə edir.

11. İnternet aləminin ən böyük video-paylaşım saytı olan "Youtube" 2005-ci ilin fevralında yaradılıb.

12. Hələ 2009-cu ildə bir ayda 4 milyona yaxın domen ünvanı qeydiyyatdan keçib.

13. Çində 360 milyon insan internet istifadəçisidir.

14. İlk internet brauzeri olan "Mozaic" 1993-cü ildə ictimaiyyətə təqdim edilib.

15. "Toys.com" domen ünvanı 2009-cu ildə 5.1 mln dollara satılıb.

16. Dünyada 20-yə yaxın ölkənin internetə çıxışı yoxdur.

17. "Google Chrome" brauzeri cəmi 3 il bundan öncə yaradılıb.

18. Son 12 ildə dünyada internet istifadəçilərinin sayı təxminən 12 dəfə artıb.

19. 28 mart 2011-ci ildə səsli və görüntülü ünsiyyət proqramı olan "Skype"da "online" istifadəçilərin sayı rekord həddə çatıb - 30 milyon nəfər.

20. 1 saniyədə "Facebook" sosial şəbəkəsinə 2300 şəkil yüklənir.

Çinin "Xiaomi" şirkəti "Mi Notebook" noutbukunun yeni versiyasını təqdim edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, səkkizinci nəsil "Intel Core" prosessorları, "NVIDIA" qrafikası üzərində qurulan model ayrıca rəqəmli bloka malik tamölçülü klaviatura ilə təchiz edilib.
Yeni "Xiaomi Mi Notebook" 15,6 düym diaqonallı "Full HD" ekran, "Core i5" və ya "Core i7" prosessorları ilə təchiz olunub. "Core i5" versiyası 4 və ya 8 giqabaytlıq operativ yaddaşa malikdir. Versiyadan asılı olmayaraq 128 giqabaytlıq bərkcisimli toplayıcı və 1 terabaytlıq sərt disk təklif edilir. Bundan başqa, qurğuda 2 giqabaytlıq videoyaddaşa malik "NVIDIA GeForce MX110" qrafikası, iki "USB 3.0", bir "USB 2.0", bir "HDMI", "Ethernet" portları və qulaqcıq üçün 3,5 millimetrlik çıxış, "SD" yaddaş kartları üçün slot nəzərdə tutulub.  

"Xiaomi Mi Notebook" noutbukunun (Core i5 + 4 giqabaytlıq RAM +128 giqabaytlıq SSD+ 1 terabaytlıq HDD) başlanğıc qiyməti 582 dollar təşkil edir. Əlavə 4 giqabaytlıq operativ yaddaşlı model 655 dollara, "Core i7" və 8 giqabaytlıq quraşdırılmış yaddaşa malik isə 727 dollara təklif olunur.

"Xiaomi Mi Notebook" noutbukunun satışlarına avqustun 28-dən etibarən başlamaq planlaşdırılır.

 IFA 2018 sərgisinin başlaması ərəfəsində LG şirkətinin özünün təmiz Android əməliyyat sistemi vasitəsilə çalışan ilk smartfonu LG G7 One modelini təqdim etdi. Bununla yanaşı həmçinin yeni smartfonun daha sadələşdirilmiş versiyası olan LG G7 Fit də təqdim olundu. Parlaq və çərçivəsiz ekranla yanaşı LG G7 One modeli həmçinin MIL-STD-810G hərbi standartı üzrə yüksək dərəcədə qoruyucu özəlliklərə sahibdir. Beləliklə LG G7 One modeli 19.5:5 nisbətli 6.1 inç IPS ekranla təchiz olunub. Ekran üzərində həmçinin çıxıntı hissə də yerləşir. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon 8 nüvəli Snapdragon 835 prosessoru, Adreno 540 GPU qrafik sürətləndirici, 4 GB RAM, 32 GB daxili yaddaş (2 TB-a kimi microSD dəstəyi), f/1.6 diafraqmalı 16 MP-lik arxa kamera, f/1.9 diafraqmalı 8 MP-lik ön kamera və 3000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

Smartfonun korpusu IP68 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. MIL-STD-810G hərbi standartı üzrə isə smartfon yüksək məsafədən düşüşə dözümlüdür və ekstremal vəziyyətlərdə istifadəyə yararlıdır. LG G7 One Andorid 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışır və LG şirkəti tərəfindən hazırlanmış heç bir interfeysi özündə birləşdirmir. Yəni smartfon təmiz Android əməliyyat sistemi əsasında çalışır. Həmçinin smartfonun sağ kənarında Google Assistant səsli köməkçisini sürətli şəkildə işə salmaq üçün əlavə düymə, arxa paneldə isə barmaq izi skanı texnologiyası var.

LG G7 Fit modelinə gəldikdə isə onu One-dan ayıran əsas göstəricilər texniki özəlliklər ilə bağlıdır. Belə ki, LG G7 Fit modeli Snapdragon 821 prosessoru, Adreno 530 GPU qrafik sürətləndirici, 4 GB RAM, 32 GB daxili yaddaş (2 TB-a kimi microSD dəstəyi), f/2.2 diafraqmalı 16 MP-lik arxa kamera, f/1.9 diafraqmalı 8 MP-lik ön kamera və 3000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. One modelindən fərqli olaraq LG G7 Fit LG UX qrafik interfeysli Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışır. Təqdim olunmuş yeni smartfon modellərinin satış tarixləri və qiymətləri barəsində heç bir məlumat verilməyib. Həmin məlumatların IFA 2018 sərgisi çərçivəsində veriləcəyi güman olunur.

"Business Insider" nəşrinin ekspertləri 2018-ci ildə təqdim edilmiş 5 ən yaxşı smartfonun reytinqini tərtib edib.
 
Son bir neçə ildə smartfon bazarı xeyli inkişaf edib və indi münasib qiymətə keyfiyyətli cihaz satın almaq mümkündür.
 
Sözügedən nəşrin mütəxəssisləri keyfiyyətli kamera, OLED ekran, güclü "Qualcomm Snapdragon 845" prosessoru və 6 QB-lıq əməli yaddaşla təchiz edilmiş "OnePlus 6" qurğusunu cari ilin ən yaxşı smartfonu adlandırıblar. Bu smartfon "Android"in xüsusi versiyası "Oxygen OS" platformasının idarəetməsi altında işləyir və sürətli enerjidoldurma akkumulyatoruna malikdir.
 
Ən yaxşı smartfonlar reytinqində ikinci yerdə "Samsung Galaxy Note 9" qurğusu gəlir. Cənubi Koreya şirkətinin smartfonu güclü akkumulyator, keyfiyyətli kamera və 6,4 düymlük OLED displeylə təchiz edilib.
 
Həmçinin qurğu  512 QB-dək daxili yaddaşa və populyar funksiyalar (barmaq izi skaneri, sifətin tanınması, simsiz enerjidoldurma və sukeçirməzlik) dəstinə malikdir. Bundan başqa, dəstə yenilənmiş "S Pen" stilusu daxildir.
 
"Samsung" şirkətinin "Galaxy S9" aparatı reytinqdə üçüncü yeri tutub. Qurğu güclü kamera, sürətli enerjidoldurma qurğusu, barmaq izi skaneri, simsiz akkumulyator, ürək ritminə nəzarət edən daxili monitor və böyük OLED ekranla təchiz edilib.
 
Reytinqdə dördüncü yeri tutan "LG G7" smartfonu, ekspertlərin fikrincə, "iPhone X" aparatını xatırladır. Smartfon suya qarşı davamlıdır, keyfiyyətli kamera, əla dinamiklər və "Qualcomm Snapdragon 845" prosessoru ilə təchiz edilib.
 
5,7 düymlük displey, sürətli enerjidoldurma qurğusu və yaxşı kamera ilə təchiz edilmiş "Motorola" şirkətinin "Moto G6" smartfonu ilk beşlikdə yer alıb. Bu cihaz yaxşı texnoloji xüsusiyyətlərdən başqa, ən ucuz qurğulardan biri hesab edilir.

Bir neçə müddət bundan öncə Creator adlı YouTube kanalında təqdim olunmuş video vacib bir xəbəri çatdırıb. Həmin xəbər YouTube servisində viodeo yerləşdirən müəlliflər üçün yaxşı, adi izləyicilər üçün isə pisdir. Belə ki, YouTube videolarındakı reklamları ötürmək özəlliyi aradan qaldırılacaq. Əvvəllər ötürülə bilinməyən reklam çarxlarını öz videolarına yalnız YouTube Partners kampaniyasının seçilmiş iştirakçıları əlavə edə bilirdilər. İndi isə bu yeni özəllikdən bütün kanalların müəllifləri istifadə edə biləcəklər.

Bu isə öz növbəsində servisin gəlirini artıracaq və kontentin yaradılması üzərindən yüksək gəlirin əldə olunmasına şərait yaradacaq. Hal-hazırda bir çox reklam çarxlarını 5 saniyədən sonra ötürmək olar. Lakin servisin yeni qaydalarına əsasən bu zaman intervalı 15 saniyəyə yüksələcək. Avropa, Yaxın Şərq, Afrika, Hindistan, Malayziya və Sinqapur üçün isə ümumiyyətlə 20 saniyəlik bir zaman intervalı təyin olunacaq. Ötürülə bilinməyən reklamlar hansısa YouTube kanalının müəllifinin ayarlardan nəsə dəyişiklik edib-etməməsindən asılı olmayaraq avtomatik olaraq işə düşəcək.

Lakin kanalların müəllifləri bu yeni özəllikdən imtina edə bilərlər. Bunun üçün onlar servisin ayarlarına daxil olub müvafiq dəyişikliyi etməli olacaqlar. Yeni sistem Google şirkətinin reklam biznesinin gəlirlərini artıracaq. Həmçinin şirkət kanalların müəlliflərinin gəlirlərini də artırmağa yardımçı olacaq. Buna baxmayaraq bir çox istifadəçilər bu yeni özəllikdən heç də razı deyillər. Onların fikrincə bu cür addım kanallardakı videoların baxış sayını aşağı salacaq. Belə ki, bir çox insan 5 saniyədən çox zaman intervalına sahib olan reklam çarxlarını izləmək niyyətində deyil.